XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 October 2016 - 20:51

BMT-nin yeni baş katibinin adı məlum oldu –Təhlükəsizlik Şurasının üzvləri razılığa gəldi

antoniu-bmt

BMT-nin yeni baş katibinin adı məlum olub. 

"Milliyet" qəzeti xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının üzvləri Portuqaliyanın keçmiş baş naziri Antoniu Quttereşin namizədliyinin dəstəklənməsi məsələsində razılığa gəliblər. 

Beləliklə, oktyabrın 6-da baş tutacaq seçkidə Antoniu Quttereş BMT baş katibi postuna əsas namizəddir. 

BMT-nin yeni baş katibi işinə 2017-ci il yanvarın 1-də başlayacaq. 

Qeyd edək ki, A.Quterreş 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri, 1999-2005-ci illərdə "Sosialist İnternasional"ın sədri olub, 2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarlığında işləyib.

Report