XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 August 2015 - 08:01

Türkiyəylə İran Suriya məsələsində razılığa gələ bilmədi-Səfər təxirə salındı

İranın Xarici İşlər naziri Cavad Zərifin Türkiyəyə səfəri təxirə salınıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, səfər çərçivəsində Suriya məsələsinin müzakirə olunacağı gözlənilirdi. Bəşər Əsədi devirməyi Suriyadakı problemin birinci şərti olaraq görən Türkiyə İran və Rusiyanın rejimə dəstək verməsini ən ciddi əngəl kimi qəbul edir və tərəflərin bu mövqedən geri çəkilməsini istəyir. Qeyd edək ki, buna bənzər mövqe Səudiyyə Ərəbistanı tərəfindən də sərgilənir. Bu yaxınlarda rəsmi Riyad Hizbullahın Suriyadan çıxacağı təqdirdə, Əsəd rejiminə qarşı müxalif qüvvələri dəstəkləməyəcəyini açıqlamışdı.

Hər iki dövlətin Əsədə qarşı mövqeyini qəbul etməyən Tehran isə Suriyada ən ciddi problemin İŞİD-lə bağlı olduğunu düşünür və hər kəsi bu təşkilata qarşı mübarizədə rəsmi Dəməşqə bərabər hərəkət etməyə çağırır. Son zamanlar ABŞ-ın İŞİD-i bir nömrəli təhlükə elan etməsi rəsmi Vaşinqtonun da tədricən İran cizgisinə yaxınlaşdığından xəbər verir.

Qaynaqlar təxirə salınan görüşlərdə Türkiyə və İranın bu məsələləri müzakirə edəcəyini bildirirdilər. Görünür, Ankarayla razılığa gəlməyin mümkünsüzlüyünü düşünən Cavad Zərif son anda öz fikrindən daşınıb.

Cavad Zərifin Livana səfər etdiyi bildirilir.

Strateq.az