XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2016 - 16:57

erevan.az saytı fəaliyyətə başlayır –Layihə

irevan-az

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidentı yanında Qeyri-Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə ""www.erevan.az" internet jurnalının hazırlanması"  layihəsini həyata keçirir.

İctimai Birlikdən verilən məlumata görə, layihənin məqsədi Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı və soydaşlarımızın 4 dəfə öz doğma yurdundan deportasiya olunması, tariximizin süni yollarla saxtalaşdırılması, mədəniyyətimziin mənimsənilməsi faktlarının dünyaya catdırılmasıdır.

Oktyabr ayında ictimaiyyətə təqdim olunması nəzərdə tutulan saytın  ilk öncə  online formatında Azərbaycan və rus dillərində, növbəti aylarda isə ingilis, ərəb və digər dillərdə yayımı nəzərdə tutulur.

Birlikdən verilən məlumata görə, jurnalın çap variantının da hazırlanması planlaşdırılıb.

Strateq.az