XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 17:44

Vurulan rus təyyarəsi ilə bağlı yeni iddia:“Məqsəd Qafqazda müharibə çıxartmaq idi”

 

t%c9%99yyar%c9%99

"Təyyarənin vurulması əmri Ərdoğandan gəlməyib. Biz həmin hərbi bazalarda kimlərin olduğunu bilirik. Orada ABŞ-dan olan həmkarlarımız var və təyyarəni də onlar vurub”.

Strateq.az xəbər verir ki, bunu Rusiya Strateji Araşdırmalar İnstitutunun direktoru Leonid Petroviç Reşetnikov deyib.

Strateq ABŞ-ın məqsədinə də aydınlıq gətirib: “Hədəf Rusiyanı Türkiyə ilə hərbi bir mübarizəyə çəkmək və Qafqazda döyüş çıxarmaq idi."

Nəzərə alsaq ki, Rusiya ilə Türkiyənin Qafqazda qarşı-qarşıya gələ biləcəkləri bölgə Azərbaycandır, o zaman bütün oyunların həm də bizim başımızda oynandığını anlamaq olar. Bu məntiqlə, iki dövlət arasında gərginləşən münasibətləri normallaşdırmamışdan az əvvəl Dağlıq Qarabağ və ətraf rayonlarındakı təmas xəttində aprelin əvvəllərində çıxan bir neçə günlük müharibənin kökündə bu amilin dayandığı güman oluna bilər. Erməni tərəfinin Türkiyə-Rusiya gərginliyində tam olaraq hansı niyyəti güddüyü  bəlkə də bir müddətdən sonra aydınlaşacaq.

Rusiyalı strateq öz çıxışında İran-Rusiya müttəfiqliyinin perspektivinə də toxunub. Onun sözlərinə görə, İran Rusiyanın ciddi müttəfiqi deyil: "İrana əlaqələrimizi inkişaf etdirdiyimiz qonşu ölkə olaraq baxırıq, ancaq onu müttəfiq olaraq görmürük. Sadəcə, İranla Suriya məsələsində yaxın anlayışlara sahibik. Qərb və ABŞ isə Suriyanın bölünməsini təklif edir, ancaq bizim buna 'bəli' deməyimiz mümkün deyil".