Bu gün Prezident İlham Əliyev iki sərəncam imzlaayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin tədqiqi və təbliğində xidmətlərinə görə Ramiz Abutalıb oğlu Abutalıbova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Digər sərəncama əsasən isə, Azərbaycan teatrının inkişafında xidmətlərinə görə Nurəddin Əzulla oğlu Quliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.