XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 23:08

“Dünya iqtisadiyyatı borc çuxurundadır” –BVF həyəcan təbili çaldı

bvf-2-2.jpg

"Dünya iqtisadiyyatı borc çuxurundadır".

Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamasına görə, ötən il dünya ölkələrinin ümumi borcu 152 trilyon dolları keçib. Bu, qlobal ümumi daxili məhsulun 225 faizi deməkdir.

Fondun “Fiscal Monitor” məruzəsinə əsasən, hazırda dövlət borclarının dünya iqtisadiyyatına yüklənməsi Böyük Depressiya zamanında olduğundan daha artıqdır.

Borcun ümumi məbləğinin 2/3 hissəsi, təxminən 100 trilyon dolları özəl sektorun payına düşür. BVF bu göstəricinin sürətlə artmasının çox zaman maliyyə böhranı astanasında müşahidə olunduğunu qeyd edir.

Məruzədə vurğulanır ki, 2008-2009-cu illər böhranından əvvəl bir çox dövlətlər xeyli vəsait xərcləyərək borca girirdilər. Lakin iqtisadiyyatdakı artım inflyasiya ilə birgə zəiflədi və inkişaf etmiş ölkələrin mərkəzi bankları kredit üzrə faiz dərəcələrini tarixi minimuma qədər aşağı salmağa məcbur oldu. Bir tərəfdən kreditin əlçatan olması, digər tərəfdən isə onun iqtisadi artıma çevrilməməsi vəziyyəti bir qədər də ağırlaşdırdı.

Azərtac