XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 00:46

Türkiyə Ukrayna ilə bərabərə qaldı, Xorvatiya isə… –Dünya Çempionatı

turkiye-ukrayna-futbol

Bu gün DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələdə ikinci turun oyunlarına start verilib.

Strateq.az xəbər verir ki, Azərbaycan azarkeşlərinin böyük maraqla izlədiyi Türkiyə milli komandası Andrey Şevçenkonun baş məşqçisi olduğu Urayna ilə üz-üzə gəlib.

Oyunun 1-ci hissəsinin 30-dəqiqəsindək 2-0 geriyə düşən Fatih Terimin komandası 1-ci hissəsinin sonlarındaOzan Tufanın qolu ilə fərqi azaldıblar – 1:2.

İkinci hissədə isə Hakanın penalti zərbəsi ilə hesaba tarazlıq gətirilib. Ancaq Türkiyə milliləri sona doğru basqılı oyunasa da, qələbə topunu vura bilməyiblər. Oyun  2:2 hesabı ilə bitib.

Bu bərabərlikdən sonra türklər Ukrayna ilə birlikdə hərəyə 2 xal toplamaqla, qrup cədvəlində 3-cü və 4-cü pillələri bölüşüblər. Bu gün Kosovanı 6-0 məğlub edən  Xorvatiya qrupun liderliyinə yüksəlib. İkinci yerdə isə Finlandiyanı 3-2 məğlub edən İslandiya milliləri qərarlaşıblar.