XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Oktyabr 2016 - 17:04

“Sabah Gürcüstan qaranlıqla işıq arasında seçim edəcək” –Saakaşvili

saakasvili

"Sabah Gürcüstan qaranlıqla işıq arasında seçim edəcək".

Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili xalqa müraciəti zamanı söyləyib. Onun sözlərinə görə, İvanişvili Gürcüstan üçün təhdiddir:

“İvanişvili hakimiyyətdə olduğu müddət ərzində Gürcüstanı kiçik kəndə çevirdi və onu beynəlxalq radarlardan itirdi. Biz buna imkan verə bilmərik. İvanişvilinin hakimiyyətdə qalması gürcü xalqı üçün təhdiddir. Onun sayəsində, ümumiyyətlə, Gürcüstan xəritədən silinə bilər. Sabah Gürcüstan dövlət olduğunu və hansısa rus oliqarxının əlində oyuncaq olmadığını söyləyəcək”(axar.az).

Qeyd edək ki, sabah Gürcüstanda parlament seçkisi baş tutacaq.