XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 19:57

ABŞ da Rusiyanı təhdid etdi:“Ağır cavab verəcəyik”

lavrov-kerry

Rusiya və ABŞ arasında gərginlik durmadan artır. Tərəflər artıq bir-birini müharibə ilə hədələyirlər.

Xatırlayırsınızsa, bir neçə gün bundan əvvəl ABŞ Rusiya ilə Suriya məsələsinin müzakirəsini dayandırmışdı. Ardından Rusiya Müdafiə Nazirliyi ABŞ-ı Suriya ordusunu hədəf alan hər hansı hücum edərsə, cavabı özünün verəcəyi ilə hədələmişdi.

Bu gün eyni xarakterli açıqlama Vaşinqtondan gəlib. Strateq.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sədri Con Kerri Rusiyanın Suriyada hərbi cinayət işlədiyini bildirib.

“Rusiyaya qarşı hərbi cinayət işi açılmasını istəyirəm”-deyən Kerri dəlil kimi Suriyada bir xəstəxananın bombalanması, nəticədə 20 xəstənin ölməsi və 100-dən artıq insanın yaralanmasını göstərib.

ABŞ-ın baş diplomatının fikrincə, xəstəxanaya edilmiş hücumla əlaqədar Rusiya dünya ictimaiyyəti qarşısında hesabat verməli, qadın və uşaqları niyə öldürdüyünün səbəbini açıqlamalıdır.

Kerri Rusiyanı təhdid etməkdən də çəkinməyib: “Rus hava qüvvələrinin hücumlarına qarşı ağır cavab verməyə hazırlaşırıq”.