XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2016 - 20:39

Yaxın Şərq isinir:Rusiya Suriyanı da ilhaqa hazırlaşır

 

yaxin-sherq-11

Rusiya Duması Suriyadakı Himeymim hərbi bazasını müddətsiz istifadə etməyi nəzərdə tutan sazişi təsdiqləyib.

Strateq.az xəbər verir ki, iki ölkə arasında 26 avqust 2015-ci il tarixində bağlanan sazişə görə, Rusiya bunun üçün Suriyaya heç bir ödəniş ödəməyəcək və hərbi bazada yerləşdiriləcək təyyarə, hərbi heyət və avadanlıqların  növü Moskva tərəfindən təyin olunacaq.

Müqavilədə həmçinin Himeymim bazasına gətiriləcək hərbi avadanlıqlar üçün hər hansı verginin alınmayacağı göstərilir. Sənədin bir neçə gün ərzində  parlamentin üst qanadı Federasiya Şurasında müzakirəyə çıxacağı və burdan da asanlıqla keçəcəyi gözlənilir.

Bir il əvvəl imzalanan müqavilənin indi parlamentin müzakirəsinə çıxarılması təsadüfi hesab olunmur. Son zamanlar Rusiya-ABŞ arasında hərbi gərginlik kulminasiya nöqtəsinə çatıb. Görünür, Rusiya ABŞ-ı bölgədən çıxmasını təmin etmək üçün özü əbədi Suriyada oturmaq istəyir. Bundan sonra Bəşər Əsədə qarşı ediləcək hər hansı hərbi hərəkət Rusiyaya qarşı törədilmiş əməl kimi təqdim olunacaq.

Qeyd edək ki, dünən Rusiya ordusunun rəsmi sözçüsü İqor Konaşenkov da buna bənzər fikirlər səsləndirmişdi. Sözçünün fikrincə, rus ordusu Suriyadakı hərbi bazalarda yerli əsgərlərlə birgə xidmət göstərir. Buna görə də ABŞ-ın Əsəd qoşunlarına atacağı hər hansı raket rus əsgərinə atılmış sayılacaq və Aralıq dənizi ətrafında yerləşdirilmiş S-300 və S-400 havadan müdafiə sistemləri hücuma adekvat cavab verəcək.

Rusiya Dumasının təsdiqlədiyi sazişin müddəaları Moskvaya Suriyadada tam oturmaq üçün beynəlxalq hüquqi əsas verir. Saziş faktiki olaraq Suriyanın ilhaqı anlamına gəlir. Ukrayna nümunəsində olduğu kimi…

Heydər

Strateq.az