XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 March 2015 - 11:06

Rektor qızını döyən qardaşlardan biri – Zaur həbs edildi

doyen.jpg

Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı ülkər İsayevanı döyməkdə təqsirləndirilən Zaur və Elin qardaşlarından biri barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə məlumat verən musavat.com əməkdaşının sözlərinə görə, hakim Sahibxan Mirzəyev Zaur Məmmədov barəsində belə bir qərar qəbul edib. Elin Məmmədovla bağlı birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıb.

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsində Hamlet İsaxanlının qızı ülkər İsayevanın döyülməsində təqsirləndirilən şəxslərlə bağlı prokurorluğun verdiyi apellyasiya protestinə baxılırdı.

Martın 9-da səhər saat 4.25 dəqiqədə baş verən bu insident mediaya martn 17-də çıxıb və ölkədə böyük ajiotaj doğurub.
H.İsaxanlı qızının döyülmədiyini, onun rəfiqəsi Katyanın fiziki təzyiqə məruz qaldığını bildirir.
ü.İsayeva da barəsində deyilənləri təkzib edir.
Xatırladaq ki, H.İsaxanlının qızı ülkər İsayeva 9 mart 2015-ci il tarixində Bakı şəhərində, Azadlıq prospekti ilə üzeyir Hacıbəyli küçəsinin kəsişməsində iki qardaş tərəfindən fiziki işgəncəyə məruz qalıb. Baş vermiş hadisə ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və prokurorluq iş üzrə təqsirləndirilən Məmmədov Zaur Muxtar oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət edib. Lakin Xətai rayon Məhkəməsinin hakimi Raziyə Ataşova prokurorluğun vəsatətini təmin etməyib.

Musavat.com