XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2016 - 11:52

İlham Əliyev:"Çalışmalıyıq ki, özümüzü taxılla 100 faiz təmin edək"

ilham-eliyev-yenni-musavire

"Bizim kənd təsərrüfatında zəif yerimiz olan taxılçılıqdır. Biz özümüzü taxılla təqribən 65 faiz təmin edirik. Son vaxtlar böyük fermer təsərrüfatları yaradılıb və o təsərrüfatlarda məhsuldarlıq orta məhsuldarlıqdan təqribən iki dəfəyə yaxın çoxdur".

Azərtac xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, məhsuldarlığın artmasına baxmayaraq, biz yenə də idxaldan asılıyıq: “Azərbaycana hər il bir milyon tondan çox taxıl, buğda gətirilir. Ona görə, indi yeni layihələr işə düşür və çalışmalıyıq ki, biz özümüzü 100 faiz səviyyəsində taxılla təmin edək. Bu, mümkündür. Həm məhsuldarlığı intensiv yollarla artırmaqla, suvarma işlərini düzgün qurmaqla, həm də yeni əkin sahələrini dövriyyəyə buraxmaqla biz buna nail ola və idxaldan asılılığı əhəmiyyətli dərəcədə azalda bilərik”.