XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2016 - 12:31

Cahangir Hacıyevin bacanağına hökm oxundu- 7 il həbs cəzası

Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangirin Hacıyevin mənimsəmədə təqsirləndirilən bacanağı İsmayıl Hidayətzadənin cinayət işi üzrə məhkəmə başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə İ.Hidayətrzadə 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Beynəlxalq Bankla bağlı cinayət işi çərçivəsində İsmayıl Hidayətzadə həbs edilib. İsmayıl Hidayətzadə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs edilib. Biznesmen CM-nin 179 .3.2( külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. İ.Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürübmüş. İsmayıl Hidayətzadə  “İntertabakko” MMC-ə rəhbərlik edib. Bu MMC qeyri-rəsmi Cahangir Hacıyevə məxsus olub.

İsmayıl Hidayətzadə barəsində olan hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.