Xəbər verdiyimiz kimi, bu gün Gürcüstanda keçirilən parlament seçkiləri zamanı azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun ən böyük kəndlərindən birində – Qızılhacılıdakı 48 saylı məntəqədə kütləvi dava düşüb.
Strateq.az xəbər verir ki, hakim "Gürcü arzusu"partiyası ilə Saakaşvilinin tərəfdarlarının olduğu "Vahid Milli Hərəkat” partiyasının fəalları arasında baş verən qarşıdurmada xəsarət alanlar var. Dava-dalaş kütləviləşdiyindən əraziyə xüsusi təyiinatlı dəstə yeridilib.
Strateq.az həmin hadisənin əks olunduğu videonu da təqdim edir: