XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 00:30

İŞİD-dən əks-hücum:6 kənd geri alındı

 

akhtarin

“Fərat qalxanı” əməliyyatı çərçivəsində Çobanbəyin cənubunda və şərqində İŞİD-ə qarşı döyüşən Azad Suriya Ordusu bəzi bölgələri itirib.

Strateq.az xəbər verir ki, dünən gecə qəfil hücuma keçən “xilafətçilər”  Aktar, Türkmən Bara, Kabtan,  əl-Əziziyə, Məzrə Ula kəndlərini və əl-Əla fermasını ələ keçirib.

Məlumata görə, əl-Bab bölgəsindən gətirdiyi ağır silah və yaraqlılarla Çobanbəyin cənubunda ASO-suna əks-hücuma keçən İŞİD-in “Fərat qalxanı” əməliyyatı başlayandan bu yana ikinci belə uğurudur. Xatırladaq ki, bir neçə gün əvvəl yenə İŞİD qəfil hücumla 5 kəndi almışdı.