XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 08:56

Respublikaçılar Trampdan imtina edə bilər:"Geri çəkilməyəcəm"

Trump pp

 

ABŞ Respublikaçılar Partiyasının rəhbərliyi sabah partiyanın Milli Komitəsinin iclasının çağırılması barədə qərar verib.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, iclasda partiyanın ABŞ prezidentliyinə namizədi milyarder Donald Trampla bağlı məsələnin müzakirə olunacağı gözlənilir.

Milli Komitənin üzvlərinə göndərilən elektron məktubda müzakirənin predmeti göstərilməyib. Ancaq Milli Komitənin bəzi hüquqşünasları hesab edirlər ki, iclas D. Trampla bağlı son qalmaqalla bağlıdır və D. Trampın namizədliyinin ləğvi müzakirəyə çıxarılacaq. Respublikaçılar Partiyasının Milli Komitəsinin iclasları çox nadir hallarda və çox vacib məsələlərlə əlaqədar çağırılır.

Qeyd edək ki. Bundan əvvəl Respublikaçılar Partiyasının prezidentliyə namizədi D. Trampın başqa bir namizədlə əvəzlənməsi imkanlarını öyrəndiyi barədə məlumat yayılıb. Buna səbəb D. Trampın 2005-ci ildə qadınlar barədə söylədiyi təhqiramiz söhbətin ortaya çıxmasıdır. 

***

ABŞ prezidentliyinə namizəd Donald Tramp barəsində yayılmış videolardan dolayı geri çəkilməyəcəyini qeyd edib. 

Tramp "həyatımda heç bir yarışdan geri çəkilmədim. Çox güclü dəstəyə sahibəm" deyərək sona qədər mübarizə aparacağını bildirib. 

Yayılan videoda Tramp qadınlara qarşı ədəbsiz ifadələr işlədib.

O, səsləndirdiyi fikirlərə görə xalqdan üzr istəyib. Bu üzündən onun bəzi silahdaşları "namizədliyini geri götür, səndən prezident olmaz" qeydində bulunublar.  (Teleqraf.com)