XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 16:31

İŞİD İraqla ortaq mövqedə: –Başikadakı türk hərbi bazasına qəfil hücuma sərt cavab verildi

tank-sengerde-turk

Iraqın qərbindəki Başika bölgəsində yerləşdirilən Türkiyə hərbi bazasına bu gün İŞİD qruplaşması qəfil hücum həyata keçirməyə cəhd edib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri rəsmi açıqlama yayıb.

Açıqlamaya görə, sabah saatlarında Başikadakı türk hərbi bazasına hücuma keçən İŞİD-çilər qarşılıqlı sərt həmlə ilə geri oturdulub:

"Terroristlər bir müddət əvvəl İraq ordusundan ələ keçirdiyi toplarla hücuma keçiblər. Onları havadan pilotsuz uçuş aparatı da müşaiyyət edib. Lakin Türk ordusu qəfil həmləyə sərt cavab verib. İŞİD-in əlində olan top sıradan çıxarıldı. Terroristlərə havadan dəstək verən pilotsuz uçuş aparatı da reketlə vuruldu. Hücum zamanı hərbi bazamız zərərə görməyib. Canlı itkimiz də yoxdur".

İŞİD-in bu hücumuna reaksiya verən baş nazir Binəli Yıldırım deyib ki, oradakı durum nəzarətdədir: "Orada bütün gəılişmələri diqqətlə izləyirik. Hər hansı bir olası hadisəyə qarşı hazırlıqlı vəziyyətdəyik".

Onu da qeyd edək ki, Başika hərbi bazası Türkiyə ilə İraq arasında son vaxtlar ciddi qarşıdurma həddinə çatıb. İraq məclisi türklərin bu bazadan dərhal çıxmasını tələb edib.

Hətta bu gün İraqın Türkiyədəki səfiri açıq hədə mesajı verərək, "Türkiyə geri çəkilməsə, münasibətlər duruma uyğun olacaq", – deyə, bəyan edib.