XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2016 - 22:08

Erməni siyasi aktivist qəfil Bakıya gəldi:"Qonaq gəlmişəm, bu, sülhün başlanğıc günüdür”

avetian

Siyasi aktivist, hazırda İsveçdə sürgündə yaşayan erməni Vahe Avetiyan Azərbaycana gəlib. Onu aeroportda Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri qarşılayıblar.

Strateq.az 24saat.org saytına istinadən xəbər verir ki, hazırda Heydər Əliyev adına Beynəlxalq Hava limanında erməni yazıçı Vahe Avetiyan saxlanılıb.

Avetiyan facebook profilində hadisə ilə bağlı geniş açıqlama yayıb. O yazır: "Mən sülhün başlanğıcıyam. Bilet alıb Bakıya gələn ilk erməniyəm. 25 ildir bu ölkəyə dəvətsiz, hökümətin razılığı olmadan bir erməni də girə bilməyib. Mən öz istəyimlə gəlmişəm. Qonaq gəlmişəm. Tarixi dəyişirik. Bu gün sülhün başlanğıc günüdür”.

Vahe bildirib ki, enişdən sonra onu aeroportda saxlayıblar. DTX nümayəndələri gəlib, səmimi söhbət ediblər. O da niyə gəldiyini izah edib. Onlar gediblər, söz veriblər ki, proses tezliklə həll olunacaq. 

Vahe kofe və tosta qonaq edildiyini də yazıb: “Oturub söhbət edirik, deyib gülürük. Əla uşaqlardı”.