XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 15:05

Husilər ABŞ-ın “yumşaq yerinə” zərbə endirdi:Gəmi xəsarət alıb

 

destroye

Husilər Qərmızı dənizin Yəmən sahillərində patrul xidməti həyata keçirən bir ABŞ gəmisinə atəş açıblar.  

Strateq.az xəbər verir ki, bunu Pentaqon açıqlayıb. Pentaqonun mətbuat katibi Peter Kukun bildirdiyinə görə, atılan iki raket gəminin tam yaxınlığına düşüb və böyük olmayan xəsarətə yol açıb.

Husilər ABŞ-la yanaşı, körfəz ölkələrinin də gəmilərini hədəfə alıblar. Birləşmiş Ərəb Əmirlikləri donanmasına aid HSV-2 yüksəksürətə malik təchizat gəmisi Yəmənin qərbindəki əl-Muha şəhəri sahillərində İran tərəfindən dəstəklənən Husilər tərəfindən vurulub.

yemen

Yəməndə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiyada iştirak edən və Husilərə qarşı aktiv mübarizə aparan Birləşmiş Ərəb Əmrliklərinin ABŞ Dəniz Qüvvələrindən kirayəyə götürdüyü gəmi C-802 raketilə sıradan çıxarılıb. Husilərin bu raketləri İrandan aldığı təxmin edilir.

İranın Çindən texnologiyası ilə istehsal etdiyi C-802 raketinin mənzili 120 km civarındadır.

Qeyd edək ki, bu, Qırmızı dənizdə ABŞ gəmisinin qarşılaşdığı ilk sürpriz deyil. 12 Oktyabr 2000-ci il tarixində ABŞ-ın USS Cole gəmisi də Ədən limanında terror aktına məruz qalmışdı. Həmin gəmi əl-Qaidə silahlıları tərəfindən vurulmuşdu.  Məlumata görə, 225 kq. partlayıcı maddə ilə USS Cole-a yaxınlaşan əl-Qaidə üzvlərinə aid qayıq  “sevgi nümayiş” etdirərək, gəmiyə bir neçə metr qalmış partladılmışdı. Partlayış nəticəsində gəminin gövdəsində böyük deşik açılmış və 17 Amerika matrosu öldürülmüşdü. Dəyəri 1 milyard dollardan artıq olan USS Cole daha sonra başqa bir gəmiylə ABŞ sərhədlərinə aparılmış və orada dənizə batırılmışdı.

c_cole_1

Bundan əvvəl isə İsrail Qırmızı dənizdə bir Amerika gəmisini vuraraq sıradan çıxartmışdı. 1967-ci ildəki 6 günlük ərəb-İsrail müharibəsi zamanı “səhvən” vurulan “USS Liberty”ni  də “həyata qaytarmaq” mümkün olmamışdı. 2014-cü ildə əl-Cəzirə telekanalının ortaya qoyduğu sənədlər İsrailin bilərəkdən həmin gəmini vurduğunu sübut edirdi.

Bütün bu faktlar su hegomoniyasıya söykənən ABŞ imperializminin ən yumşaq yerinin Qırmızı dəniz olduğunu göstərir. ABŞ-dan inciyən istənilən dövlət məhz bu yumşaq yerdən ona zərbə endirməyə çalışır.

Heydər

Strateq.az