XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 15:12

Qorbaçovdan həyəcanlı çağırış:«Məsələni qəti və birmənalı qoymağın vaxtı çatıb!"

SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov nüvə silahına tam qadağa qoymağa və beynəlxalq əlaqələrdə demilitarizasiyaya çağırıb.

Qorbaçov hesab edir ki, son 20 ildə dünyada yaranan problem və münaqişələri sülh yolu ilə yoluna qoymaq mümkün idi. Lakin siyasi və diplomatik yol qala-qala, öləkələr güc yoluna üstünlük veriblər: «Keçmiş Yuqoslaviyada, həmçinin İraq, Liviya və Suriyada olduğu kimi».

Qorbaçov veteran siyasətçilərə, diplomatlara, elm adamlarına, ekspertlərə və vətəndaş cəmiyyətinə müraciət edərək onları nüvə silahına qadağa qoyulmasına nail olmağa çağırıb: «Məsələni qəti və birmənalı qoymağın vaxtı çatıb! Nüvə silahı qadağan edilsin! Həmçinin müharibələr də. Nə qədər ki, nüvə silahı mövcud olacaq, onun nə zamansa istifadə olunma təhlükəsi davam edəcək. Ya təsadüfən istifadə olunacaq, ya şər iradənin diktəsi ilə, ya da ağılsız terrorçu tərəfindən. Ona görə də nüvə silahının ləğvi ilə bağlı hədəfimizi qəti şəkildə təsdiq etməliyik.

Problem və mübahisələrin savaş yolu ilə həll olunacağını güman edən siyasilər cəmiyyət tərəfindən rədd edilməli və siyasi arenadan getməlidirlər!»(azadlıq.info).