XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 15:40

Genişləndirilmiş qlobal məzhəb savaşı proyekti:Bəsrəlilər niyə Türk bayrağını cırır?

b%c9%99sr%c9%99

Türkiyə ilə İraq arasında gərginlik durmadan artır.

Mosulun yaxınlığındakı Başika hərbi düşərgəsində yerləşən türk ordusuna etirazlar artıq siyasi dəhlizlərdən çıxaraq, olduqca sərt şəkildə küçələrə daşınır.

Strateq.az xəbər verir ki, ölkənin cənubunda yerləşən Bəsrədə vətəndaşlar Türkiyənin əleyhinə etiraz aksiyaları keçiriblər. Aksiyada qardaş ölkənin ən böyük müqəddəs dəyər kimi baxdığı Türk bayrağı cırılıb.

Maraqlıdır ki, Türkiyənin heysiyyatına toxunacaq bu hadisənin şəkilləri çəkilərək, "Reuters" xəbər agentliyi tərəfindən dərhal yayınlanıb.

Ekspertlərin fikrincə, iki qonşu dövlət arasında artan bu gərginlik Yaxın Şərqi qana bələyən məzhəb müharibələrini qızışdırmaq və meydana yeni qüvvələri çıxarmaq üçün planlaşdırıla bilər. Çünki İraq və Türkiyə arasındakı gərginliyə İranın da laqeyd qalmayacağı güman olunur. İranın meydana atılması isə istər-istəməz Türkiyə-Rusiya münasibətlərinə təsirsiz ötüşməyəcək.

Görünür, qlobal güc mərkəzləri son zamanlar bir-birinə yaxınlaşan Türkiyə-İran-Rusiya ittifaqının qarşısını almağa çalışırlar. Bəsrədə keçirilən etiraz aksiyalarının "Reuters" agentliyi tərəfindən dərhal işıqlandırılması da bu mənada təsadüfə oxşamır.

Məsələyə qlobal baxanda Azərbaycanda 500 il əvvəl yaşanmış və unudulmuş Səfəvi-Osmanlı qaysağının son zamanlar qoparılması da bu qlobal proyektin tərkib hissəsi təsirini bağışlayır. Nədən ki, bizim coğrafiya da regionun 3 əsas gücünün çarpışdığı məkanlar sırasındadır.

Heydər Oğuz

Strateq.az