XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 18:26

Putin proqnoz verdi:"2020-ci ilə qədər neft istehlakı 26%-ə düşəcək”

putin

Təxminlərə görə, 10 il sonra təbii qaz ticarətinin həcmi boru kəmərləriylə indiki nəql potensialını üstələyəcək. 20-30 il sonra dünyamızda karbohidrogen tələbinin yüksək olacağı gözlənilsə də, 2020-ci ilə qədər neft istehlakı 26%-ə düşəcək”.

Strateq.az xəbər verir ki, ilk baxışdan kahin öncəgörməsinə bənzəyən bu fikirləri Rusiya prezidenti Vladimir Putin söyləyib.

23. Dünya Enerji Konqresində iştirak etmək üçün İstanbula gedən Putin açılış mərasimindəki çıxışında qlobal neft bazarında indiki vəziyyətə də aydınlıq gətirib: “Karbohidrogen və enerji bazarlarındakı şərait son illərdə çox dəyişdi. İnsanlıq yaşıl enerjiyə meylləndi. Yeni texnologiyaların istifadəsi bu prosesi daha da sürətləndirir. Bununla belə, neft və təbii qaz istehlakı da durmadan artır”.

Bunun səbəbini Çin və Hindistanın iqtisadi böyüməsiylə izah edən Putin deyib:

“Çin və Hindistan kimi ölkələrin böyük istehsal gücü ənənəvi enerji qaynaqlarına olan tələbi artırır”.

Qlobal neft hasilatının sabitləşdirilməsinin vacibliyinə toxunan Putin sərbəst ticarət və ədalətli rəqabətdən yana olduqlarını vurğulayıb və beynəlxalq güc mərkəzlərinin sanksiyalarından danışıb: “Enerji məhdudiyyətləri qəbul edilə bilməz. Son zamanda moda halına gələn təktərəfli sanksiyalar tətbiq olunur və bu, yaxşı nəticələr doğurmur. Bəzi ölkələr iş adamlarına “imtiyazlı təkliflərə getməyin” təlimatı verir. Bu tendensiya enerji maraqlarına və qlobal iqtisadi sabitliyə xidmət etmir. Biz yeni resursların kəşf və axtarışına investisiya yatırırıq, çətin şərtlərdə olsa belə, hasilata kapital ayırırıq. AB-nin enerjisini 50 ildir biz təmin edirik. Hal-hazırda ikinci layihə üzərində çalışırıq. Ərdoğan və digər tərəfdaşlarımızla “Türk axını” layihəsini  reallaşdırmaq istəyirik”.

Qeyd edək ki, dünyanın bir sıra ölkəsinin yüksək vəzifəli şəxslərinin qatıldığı sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.