XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 19:32

“Kimsə bizə ağıl və nəsihət verməsin” –Yıldırımdan İraqa sərt mesaj

binali

Türkiyənin baş naziri Binəli Yıldırım İraqın Başika bölkgəsində olan hərbu bazasına İŞİD-in hücumu və İraq hökumətinin hədələyici bəyanatlarına sərt reaksiya evrib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Baş nazir Başikadakı hərbi hissələrinin bölgədə sülh amaclı olduğunu bildirirək, deyib kİ. nə İŞİD-in hücumu, nə də İraq rəhbərliyinin təhdidləri hərbi bazanın geri çəkilməsinə əsas verə bilməz:

"Biz orada sülhü təmnin etməyə, insanların val və can güvənliyini təmin etməyə çalışırıq. Ancaq biriləri bizə deyir ki, Başikadakı Türkiyə əsgəri bölgəni tərk eləməlidir. Xeyr, belə şey ola bilməz. 40 ildir bu bölgədə yaşanan durum üzündən Türkiyə terrordan əziyyət çəkir. Bu 40 ildə səsi çıxmayanlar, indi səs çıxarır. Kimsə bizə ağıl və nəsihət verməsin. İraq rəhbərliyi isə əvvəlcə öz ölkəsinə baxsın. Ölkəsinə nəzarət edə bilməyən bir rəhbərlik bizə tələb qoya bilməz".