Türkiyədə səfərdə olan Rusiya prezidenti Putinlə Ərdoğanın Mabeyn iqamətgahındakı görüşü başa çatıb.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş 1 saat 40 dəqiqə çəkib.
Türkiyə mediası onu da bildirir ki, görüşdən az öncə Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Hulisi Akar da iqamətgaha gəlib.
Bunu nəzərə alan media iddia edir ki, iki liderin görüşündə təkcə ikitərəfli münasibətlər və enerji məsələləri deyil, həm də bölgədəki savaş da müzakirə olunub.
Bir azdan hər iki prezidentin media önündə görüşlə bağlı açıqlamalar verəcəyi gözlənilir.