XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 10:19

Azərbaycan bu ölkələrlə birlikdə Suriyaya yardım edəcək –Rusiyadan açıqlama

suriya

Çin, Azərbaycan, Serbiya, Hindistan və Qazaxıstan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır.

Bu barədə Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Pekində keçirilən Syanşan Təhlükəsizlik Forumunda bildirib.

Nazir müavini qeyd edib ki, Rusiya Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyat başladıb və beynəlxalq ictimaiyyəti onun səylərini dəstəkləməyə çağırır.

"Rusiyanın Suriyadakı fəaliyyətinin mühüm məqamı bu ölkənin xalqına humanitar yardım təmin etməkdən ibarətdir. Son zamanlarda Hələb bölgəsində genişmiqyaslı humanitar əməliyyat başlatmışıq. Üstəlik, beynəlxalq ictimaiyyətə, qabaqcıl ölkələrin müdafiə nazirliklərinə müraciət edərək, onalrı da bu səylərə dəstək verməyə çağırmışıq. Belarus bizi dəstəkləyirib. Eyni zamanda Çin, Azərbaycan, Serbiya, Hindistan, Qazaxıstan da humanitar yardım göndərməyi planlaşdırır", – deyə o vurğulayıb. 

Report