XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

11 Oktyabr 2016 - 13:09

Ədliyyə Nazirliyində dəyişiklik –Nazirdən yeni təyinatlar

fikret-memmedov

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzində İnzibati Nəzarət idarəsinə yeni rəis təyinatı olub.

Ədliyyə naziri  Fikrət Məmmədovun müvafiq əmriylə  nazirliyin Göyçay regional şöbəsinin rəisi Ruslan  Osmanlıya Bələdiyyələrlə İş mərkəzi  İnzibati Nəzarət İdarəsinin rəisi vəzifəsi həvalə edilib.

Nazirin digər əmriylə Nazirliyin Lənkəran regional şöbəsinin rəisi İlkin Nəcəfova İcra Baş İdarəsinin rəis müavini vəzifəsi həvalə edilib.

Xatırladaq ki, R.Osmanlı və İlkin Nəcəfov əvvəl   Bələdiyyələrlə İş mərkəzində aparıcı məsləhətçi vəzifəsində çalışıblar.

Qeyd edək ki, hazırda Ədliyyə Nazirliyinin Göyçay və Lənkəran regional şöbələrinin rəisi vəzifəsi vakant olaraq qalır.

İstiqlal.az