XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 October 2016 - 20:59

Lətif Hüseynov hakim seçildi –MM-in şöbə müdiri Avropa Məhkəməsində Azərbaycanı təmsil edəcək

letif-huseynov

Strasburqda Avropa Şurası Parlament Assambleyasının plenar sessiyası çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkisi baş tutub.

Bu posta Azərbaycandan Lətif Hüseynov seçilib. O, vəzifəsinin icrasına üç aydan sonra başlayacaq(Report). 

Xatırladaq ki, AİHM hakimi vəzifəsinə Azərbaycandan olan namizədlər Hakim Seçkisi Komitəsinin bu il sentyabrın 29-30-da Parisdə keçirilən iclasında nəzərdən keçirilib. Azərbaycan tərəfi əvvəlcədən bu vəzifəyə üç nəfərin – Kəmalə Abıyevanın, Lətif Hüseynovun və Rövşən İsmayılovun adını namizəd kimi irəli sürüb. Komitə daha yüksək ixtisaslı namizəd kimi böyük səs çoxluğu ilə Lətif Hüseynovun namizədliyini tövsiyə edib.

Xatırladaq ki, AİHM-ə hakimlər 9 il müddətinə seçilir.  

Onu da qeyd edək ki, L.Hüseynov Milli Məclisin Qanunvericilik şöbəsinin müdiri vəzifəsində işləyir.