XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 01:31

Ağ Evin sözçüsü:"Rusiyaya tutarlı və geniş cavabımız olacaq"

obama

Rusiyanın rəsmən kiber hücumlarda ittiham edilməsindən sonra ABŞ prezidenti Barak Obamanın sözçüsü ilk dəfə bu barədə açıqlama verib.

Strateq.az xəbər verir ki, "Ağ Ev"in sözçüsü Josh Ernest Rusiyanın kiber hücumlarına cavablarının geniş və tutarlı olacağını bildirib:

"Artıq Prezident Obamanın önünə Rusiyanın bu hücumlarına cavab vermək üçün bir neçə plan qoyulub. Prezident özü bu planlları dəyərləndirib, geniş və tutarlı cavabı qəbul edəcək".

Maraqlıdır ki, sözçü həmin cavabın nələrdən ibarət olduğunun detalına toxunmayıb, ancaq cavabın qarşılıqlı olma ehtimalına işarə vurub.

Xatırladaq ki, ötən həftə ABŞ Rusiyanı kiber hücumlar təşkil etməkdə ittiham etdikdən saatlar sonra məşhur "Wikileaks" saytı Demokratlar partiyasının prezidentliyə namizədi Hillari Klintonun seçim kampaniyasının rəhbəri Podestaya aid 2 min 60 elektron mesajı yayınlayıb.

Rusiya isə ABŞ-ın kiber hücum ittihamlarını qətiyyətlə rədd edir.

Strateq.az