XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 09:45

Dollar və avronun bugünkü məzənnəsi- Mərkəzi Bank

Manat

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 11-i ilə müqayisədə 0,12% azalaraq 1,5986 manat təşkil edib.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1% zəifləyərək 1,7663 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 11-i ilə  müqayisədə 0,78% ucuzlaşaraq 0,0256 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi isə 0,31% ucuzlaşaraq 0,5189 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 1,9652 manatdır. Beləliklə, funt sterlinq 0,36%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,34% ucuzlaşaraq 0,6803 manat təşkil edib.