XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Oktyabr 2016 - 10:26

Şəki bazarında güclü yanğın- FOTOLAR

Şəki şəhərinin mərkəzi bazarında yanğın hadisəsi baş verib.

Yanğın hadisəsi ilk olaraq bazarın ət satılan hissəsinin qarşısındakı paltar mağazasından başlayıb və alovun miqyası böyüyərək digər mağazalara da keçib.

Paltar mağazasında qısaqapanma baş verib və nəticədə yanğın başlayıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını almağa çalışsalar da, yanğını söndürmək hələlik mümkün olmayıb. Əhalinin təhlükəsizliyi üçün əraziyə polis əməkdaşları da cəlb edilib.

Sahibkarlara külli miqdarda ziyan dəydiyi ehtimal olunur. Yanğını söndürmək üçün dərhal hadisə yerinə Şəki DYMH-nin canlı qüvvəsi və texnikası ilə yanaşı, Qax və Yevlax rayonlarından da DYMH-nin yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində səy göstərilir. Yanğının söndürülməsi üçün mülkü vətəndaşlar da kömək göstərir.

Son məlumatlara görə, yanğın 1000 kv.m ərazini əhatə edir(trend).