XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2016 - 14:57

Rüfət Səfərov həbsxanadan məktub yazdı:"Belə yaşamaq çətindir, amma mümkündür"

rufet

ZİNDANDAN MƏKTUB

KAMERA N 60

Bu həyata bir deyil, bir neçə dəfə gəlmiş olsa idik, əvvəl şərəfsiz, daha sonra ləyaqətli ömür sürmək barədə düşünmək olardı. Müəyyən mənada… Amma iş elə gətirib ki, bir kərə yaşayıb gedirik. Ona görə də bütün varlıq və mövcudiyyətini səfərbər edib ləyaqətli həyat tərzinə üstünlük vermək vacib şərtdir.

Nədir bu tərz? Gördüyün haqsızlıqları dilə gətirib söyləmək, yazmaq, bəzənsə hayqırmaq, gücsüzləri əzənlərin eybəcər xarakterini hər fürsətdə ifşa etmək, külli hallında insanlıqdan yana olmaq, maddiyyatı deyil, mənəviyyatı önəmsəmək!

Doğrudur, bu dünyada, xüsusən Azərbaycanda belə yaşamaq bir qədər çətindir, amma mümkündür. Ona görə çətindir ki, sən iş və karyerandan dünənədək yoldaş-dost bildiklərindən, azadlığından, bəzənsə həyatından məhrum olub, ən yaxın əzizlərini məşəqqətli günlərə salıb rahat həyat tərzindən çıxdaş edə bilərsən…

Lakin həmin çətinlikləri dəf edə biləcək azad ruha, möhkəm iradəyə, hər bir zülmətin yekununun mütləq aydınlıq olacağına dərin inamdan qaynaqlanan zehniyyətə sahibsənsə, bu, ləyaqətli həyatın mümkünlüyünü şərtləndirir. Bəli, mən çətinlikləri bir bucağa tulazlayıb, məhz mümkünlüyü irəli çəkirəm!

Dostlar, bu sətirləri hörmətli vəkilim və dostum Bəhruz bəylə görüşün təsiri altında yazdım. Təbiriklərinizi mənə çatdırdı. Doğum günümə ifadə etdiyiniz xoş sözlər, bəlkə də qədərindən artıq verdiyiniz dəyər məndən ötrü çox qiymətlidir.

Əmin ola bilərsiniz ki, hazırkı və sonrakı fəaliyyətim verdiyiniz qiyməti, etdiyiniz etimadı daha dolğun şəkildə doğrultmağa xidmət edəcəkdir. Azadlıqda görüşənədək.

Rüfət Səfərov