XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

12 Oktyabr 2016 - 18:17

“Münasibətlərin pisləşməsindən narahatıq” –Putindən ABŞ-a mesaj

putin

"ABŞ özünü Rusiya ilə tərəfdaş kimi aparmalıdır və belə olan halda Moskva Vaşinqtonla dialoqa hazır olacaq".

Bunu Rusiya prezident Vladimir Putin "Rusiya çağırır!" forumunda deyib.

O, eyni zamanda ABŞ-ın hazırkı siyasətini diktəedici adlandırıb.

Dövlət başçısı Rusiyada ABŞ ilə münasibətlərin pisləşməsinin narahatlıq doğurduğunu qeyd edib.

"Biz də Rusiya-ABŞ münasibətlərinin pisləşməsindən narahat oluruq, amma bu, bizim seçimimiz deyil. Biz heç vaxt buna can atmamışıq. Əksinə, biz ABŞ kimi ölkə ilə dost münasibətlərdə olmağı istəyirik", – deyə V.Putin bildirib.

Rusiya prezidenti ABŞ-ın hazırkı rəhbərliyi ilə dialoq aparmağın çətin olduğunu vurğulayıb: "İndi iki ölkə arasında heç bir dialoq yoxdur".

Report