XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 October 2016 - 14:11

Pakistanın baş naziri Azərbaycana gəlib –Birgə bəyannamənin imzalanacağı gözlənilir

pakistan

 Pakistanın baş naziri Nəvaz Şərif Azərbaycana rəsmi səfərə gəlib.

Səfər zamanı Nəvaz Şərifi baş nazirin xüsusi köməkçisi Səid Tariq Fatemi müşayiət edir.

Pakistan baş nazirinin üçgünlük səfəri zamanı onun Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də baş nazir Artur Rasi-zadə ilə görüşəcəyi gözlənilir.

Görüşlər zamanı ikitərəfli əlaqələr, o cümlədən ticarət münasibətlərinin və investisiyaların inkişafı, eləcə də regional və beynəlxalq məsələlər, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq.

Səfər çərçivəsində birgə bəyannamənin imzalanacağı gözlənilir. (Report)