XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 14:26

Gürcüstanda azərbaycanlılar niyə polisin önünə toplanıb? –Deputatdan açıqlama

marnueli-polis

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Polis İdarəsinin qarşısında etiraz aksiyası keçirilib.

Bu barədə müxalif Vahid Milli Hərəkat Partiyasından seçilən azərbaycanlı deputat Azər Süleymanov məlumat verib. Deputat qeyd edib ki, azərbaycanlılar Qızılhacılı kənd sakinlərinin saxlanılmasına etiraz edirlər. 

A.Süleymanov vurğulayıb ki, saxlanılan şəxslər Qızılhacılı kəndindəki 48 saylı məntəqə seçki komissiyasında seçkilər günü baş verən qarşıdurmada iştirakda təqsirli bilinirlər: “İnsanları qovmaq istəyirlər ki, onlar etiraz etməsinlər. Polis zor tətbiqi ilə həmin məntəqəni bağladı. Bundan sonra dava düşdü. Tutulan 6 nəfər müxalif Vahid Milli Hərəkat Partiyasından deputatlığa namizəd Əhməd İmanquliyevin tərəfdarlarıdır. Onların tutulması digər etirazçıları qorxutmaq üçündür. Hazırda kənd sakinləri polis idarəsinin qarşısında yığılaraq, onların azad edilməsini tələb edirlər”.

Deputat 48 saylı məntəqənin nəticələrinin ləğv edildiyini vurğulayıb. Bildirib ki, həmin məntəqədə təkrar seçkilər noyabr ayında keçiriləcək. 

AzVision.az