XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 15:16

“Rusiya 5 rayonun qeyd-şərtsiz azad olunmasına razı deyil” –Çavuşoğluna sərt cavab

elxan-sahinoglu-esas

"Rusiya Mövlüd Çavuşoğlunun dediyi kimi, Azərbaycanın işğal altındakı 5 rayonunun boşaldılmasını dəstəkləyirsə, onda niyə bu məsələnin həllini yubadır və Kreml rəsmi İrəvana təzyiq etmir?".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, vəziyyət heç də Türkiyə xarici işlər nazirinin dediyi kimi deyil:

"Ola bilər ki, rusiyalı diplomatlar 5 rayonun azad olunması məsələsiylə bağlı Mövlüd Çavuşoğlu ilə hansısa fikir mübadiləsi aparıblar, ancaq problem ondadır ki, bu, baş vermir.

Əksinə, Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son toplantısında dedi ki, böyük dövlətlər Dağlıq qarabağın “müstəqilliyinin” tanınması məqsədilə rəsmi Bakıya təzyiq edirlər. Demək ki, Rusiya 5 rayonun qeyd-şərtsiz azad olunmasına razı deyil, bunun əvəzində Dağlıq Qarabağda referendumun keçirilməsini istəyir. Bu isə Azərbaycanın maraqlarına ziddir".

Politoloqun sözlərinə görə, Mövlud Çavuşoğlu son açıqalamasıyla hamını çaş-baş salıb: "Azərbaycan cəmiyyətinə gerçək olmayan ümid vermək lazım deyil". 

F.ƏHMƏD