XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 15:47

“Hər an döyüşə hazır olun!” –Zakir Həsənov səngərdə tapşırıq verdi (FOTOLAR)

f1

Cəbhə bölgəsində səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi ön xətdə yerləşən daha bir hərbi hissənin müxtəlif bölmələrində olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a məlumat verilib.

Məlumatda bildirilir ki, düşmən mövqelərini müşahidə edən müdafiə nazir Zakir Həsənova ərazidəki əməliyyat şəraiti barədə məruzə edilib.

Səngərlərdə döyüş növbətçiliyini yoxlayan müdafiə naziri, eyni zamanda, şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb. Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub:

"Nazirliyin rəhbər heyəti şəxsi heyətlə birlikdə nahar edib.

Ölkə başçısının Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyindən əminliyini ifadə edən Müdafiə naziri hərbi qulluqçuların döyüş ruhunu, mənəvi-psixoloji hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

General-polkovnik Z.Həsənov bildirib ki, şəxsi heyət daima Vətənə sədaqətlə xidmət etməli və Ali Baş Komandanın əmri ilə işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün hər an döyüşə hazır olmalıdır".   

f2

f3

f4