XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 22:58

Qırğızıstanda prezident institutu ləğv olunur –Atambayev açıqladı

atambayev01

Qırğızıstan yaxın zamanda prezident-parlament idarə üsulundan parlament idarə üsuluna keçəcək.

Bunu Gürcüstanda səfərdə olan Qırğızıstan Prezidenti Almazbek Atambayev deyib.

Prezident qeyd edib ki, son 10 ildə Gürcüstanda baş verən demokratik dəyişikliklər qırğızlar üçün olduqca tanışdır:

“Qırğızıstan 25 ildir ki, özünün müstəqil dövlətini qurub. Ölkəmiz 2 dəfə ciddi və ağır sınaqdan keçib. Biz hazırda demokratik cəmiyyəti prezident–parlament üsuli idarəsi ilə möhkəmləndirməyə çalışırıq. Növbəti addımda isə ölkədə parlament idarə üsulunu yaratmağa cəhd edəcəyik”.

Qeyd edək ki, dəyişlikliyin dekabrın 11-də keçiriləcək referendumla aparılması nəzərdə tutulur. 

Axar.az