XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 October 2016 - 00:37

“Ankara Əsədlə danışıqlar aparmayıb və aparmayacaq” –Türkiyədən rəsmi açıqlama

omer-celik-esas

"Ankara Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparmayıb və aparmayacaq".  

Bu barədə Türkiyənin Aİ məsələləri üzrə naziri Ömər Çelik bildirib.

Xatırladaq ki, KİV-lər Türkiyə diplomatlarının Suriya hakimiyyəti ilə danışıqlar üçün yaxın zamanda Dəməşqə səfər edəcəyi barədə məlumat yayıblar.    

“Türkiyə onunla (Əsədlə-red.) pərdəarxası diplomatik danışıqlar aparmayıb və aparmayacaq. Bu mövzuya dair xarici KİV-lərin yaydığı məlumatlar əsassızdır. Öz xalqını məhv edən, əhaliyə qarşı aviasiya və kimyəvi silahdan istifadə edən, tamamilə qeyri legitim hökumətin rəhbərliyində olan şəxslə hər-hansı təmaslar mümkünsüzdür”, – deyə, Çelik qeyd edib.    

Nazirin sözlərinə görə, Türkiyə Azad Suriya Ordusu daxil olmaqla Suriyadakı legitim müxalif qruplaşmaları dəstəkləyir:

“Onları tək Türkiyə yox, Ankaranın bir çox müttəfiqləri dəstəkləyir. Bu məsələ ilə mövqeyimiz birmənalıdır. Türkiyə Suriyada xalqın iradəsini əks etdirəcək siyasi sistemin yaradılmasına çalışır. Suriyaya siyasi keçid prosesi gərəkdir”, – deyə Çelik əlavə edib.