XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 11:35

Zakir Həsənov cəbhəboyu zonada! –FOTOLAR

zakir-ordu-rehberliyi

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə aparılan inşaat işlərinin gedişatını yoxlayıb. 

Bu barədə Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, Müdafiə naziri Zakir Həsənova məruzə edilib ki, hərbi şəhərciklərdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunmuş qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri məqsədilə müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də nəzərdə tutulub.

Cəbhəboyu zonaya səfəri çərçivəsində general-polkovnik Zakir Həsənov inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.