XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2016 - 15:08

Türkiyəyə göndərilən ilk 50 tələbə –"Canlı Tarix" danışır-VİDEO

25 İL KEÇDİ!

1991_telebeler-1
Düz 25 il bundan əvvəl – 1991-ci ilin 14 oktyabr günündə Türkiyə dövlətinin dəvəti ilə AXC-nin 50 nəfərlik tələbə karvanı Türkiyəyə təhsil almağa yola düşdü. O qutlu gündən qoca bir 15 il keçdi. Bir igidin ömrü. 50 nəfərin hamısı olmasa da böyük əksəriyyəti təhsillərini bitirib ölkəyə xidmətə qayıtdı. Hamısı olmasa da, əksəriyyəti öz sahələrində uğur qazanan insanlar oldu.

Belə bir hadisə 1918-ci ildə də baş vermişdi. O zaman Azərbaycan Demokratik Cümhuriyyəti 100 tələbə göndərsə də, o tələbələrin əksəriyyəti Vətənə qayıda bilməmiş, ömürlərini də orada başa vurmuşdular. Belə bir tale 1991-ci ildə də yaşana bilərdi. 1991-ci ili “QKÇP”-si olanda AXC-nin göndərməyə çalışdığı 50 nəfərlik qrupun da taleyi elə ola bilərdi. Sonra da bir neçə dəfə elə situasiyalar yaşandı.

Aradan keçən bu 25 ilin xatirələrini müzakirə etmək üçün o tarixi imtahanın bütün əziyyətini çiyinlərində daşıyan Ellada Məmmədlini, həmin 50 nəfər tələbənin bu gün ictimaiyyət tərəfindən tanınan iki nümayəndəsini – Ələsgər Əhmədoğlunu və Əvəz Zeynallını studiyamıza dəvət elədik. O illərin xatirələrini bölüşdük.

Bu gün münasibətilə 50 nəfərin hamısını təbrik edirik. İndi ölkənin və dünyanın müxtəlif ölkələrində yaşayan bu insanların hamısının ürəyi bu Vətənlə bağlıdır. Bu tələbələrin Türkiyəyə yolunu açan Əbülfəz Elçibəyi minnətlə xatırlayırıq. 50 nəfəri ilk dəfə bu gün – 14 oktyabrda Türkiyəyə aparan Vurgun Eyyubu, Sabit Bağırovu, Nəsib Nəzibzadəni, Elesger Siyablinı xoş xatirələrlə anırıq. Onları Türkiyədə qarşılayan, əziyyətimizi çəkən Azərbaycan Kültür Dərnəyinə – başda Cəmil Ünal bəy olmaqla, mərhum Məhəmməd Kəngərliyə, Əhməd Qaracaya, Süleyman bəyə, İsa Yaşar Tezelə, Selçuk Alkina, Mehmet Müştaqa, Kral Bilənə, adını çəkmək imkanımız olmayan onlarla adama təşəkkür edirik. Burada bütün əziyyətləri çəkən AXC-yə, onun rəhbərliyinə, hər məşəqqətə qatlaşıb böyük yolda olan gənc tələbələrə ana-bacı olan Ellada Memmedli xanıma nə qədər minnətdar olsaq azdır. İmtahan zamanı tələbələrə yardımçı olan o zamankı AXC gəncləri Arzu Səmədbəyliyə, Ulvi Hekimogluna, Cahandar Bayoğluna, Oktay Qasımova və adını saymağı unutduğumuz digər bəylərə ayrı bir şükranlıq duyğusu bəsləyirik.

25 il əvvəl bu gün Türkiyəyə təyyarə ilə uçanda onları nələrin gözlədiyini bilirdilər. Elə də oldu. Millətin və dövlətin xidmətindədirlər indi!
Sənə minnətdarıq, Azərbaycan!

 

 

Strateq.az