XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 October 2016 - 13:15

ABŞ-dan Rusiyaya kiber təhdid:“Kremli utandıracağıq”

 

kiber

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiyaya qarşı kiber hücuma hazırlaşır.

Strateq.az xəbər verir ki, məmumatı NBC News kanalına adı gizli tutulan MKİ rəsmisi açıqlayıb.

Rəsmi şəxsin bildirdiyinə görə, bu hücum Rusiyanın  ABŞ Demokrat partiyasının seçki kampaniyasına qarşı kiber hücumlarına cavab xarakteri daşıyacaq.

Sözçü onu da etiraf etmişdi ki, bu barədə təlimatı Barak Obama hökumətindən alıblar: “Kreml rəhbərliyini utandıracaq kiber hücum variantları Ağ Evə təqdim ediləcək, ardından Moskvaya lazımi cavab veriləcək”.

Kiber hücumun detalları üzərində durmayan MKİ yetkilisinin fikrincə, ABŞ-ın məqsədi ilk növbədə Rusiyaya texnoloji güc nümayişidir.

Qeyd edək ki, Demokrat partiyasının seçki kampaniyasına Rusiyanın kiber hücum etməsi barədə məlumatlar ötən yay aylarında yayılmışdı. İttihamlara cavab verən Rusiya Xarici İşlər naziri Serqey Lavrov isə məlumatı təkzib edərcəsinə, “gül ağzını açmaq istəmədiyini” bildirməklə kifayətlənmişdi.

Ekspertlərin fikrincə, ABŞ – Rusiyaya arasındakı kiber gərginlik əslində okeanın o tayında keçirilən seçki kampaniyasının tərkib hissəsidir və Trampın rus tərəfdarı olaraq göstərməyə, Klintonun nüfuzunu daha da möhkəmlətməyə xidmət edir. Seçkilərə qısa müddət qaldığı bir vaxtda, MKİ nümayəndəsinin təbirincə desək, “Kremli utandıracaq” böyük miqyaslı kiber hücum, həqiqətən də, Demokrat partiyasının namizədinə ciddi səs gətirən hədiyyə ola bilər.