XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2016 - 20:06

Türkmənistanda böhranlı durum –Ərzaq qıtdır, "telefon oğruları" isə bol (FOTO)

novbe-turkmenistan

Türkmənistanda ciddi ərzaq qıtlığı müşahidə olunur. Xüsusilə qənd və bitki yağı qıtdır. Əslində, mağazalarda bu məhsullar var, lakin onların satışı məhdudlaşdırılıb.

Strateq.az Türkmənistan mediasına istinadən xəbər verir ki, satıcılar piştaxtalar boşlamasın deyə, bu malları satmaqdan imtina edirlər.

Xaricdən gətirilən bitki yağının qiyməti hazırda 36 manata ($10,2) çatıb. Bİr müddətdir ki, tütün məhsulları da satışda demək olar ki, yoxdur.

Yeri gəlmişkən, xarici valyuta, o cümlədən ABŞ dollarının qiyməti də artıq 7,20 türkmən manatıdır. Halbuki rəsmi kurs 3,5 manat təşkil edir.

Hazırda Türkmənistanda əməkhaqlarının verilməsində ciddi sıxıntılar var. Maaşlar kəsirlə verilir.

Məsələn, təxminən 560 türkmən manatı məbləğində əməkhaqı alan hər bir şəxsdən 200 manat tutulur.

Eyni zamanda, hakimiyyət dairələri ölkədəki qıtlıq barədə məlumatları hər vəchlə gizlətməyə çalışırlar.

Mağazalarda çəkiliş apramaq istəyən şəxslərdən telefonların müsadirə edilməsi halları görünməkdədir. "Telefon oğruları" olan mülki geyimli şəxslərin təhlükəsizlik xidməti əməkdaşları olması güman edilir.

M.Rzasoy