Uzun müddət "Twitter"də görünməyən Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova yeni akkauntundan da məhrum edilib.
Strateq.az xəbər verir ki, Kərimovanın "Афина@zabitaya1972" adı altında yazdığı statuslara da artıq son qoyulub.
Artıq o, bu akkauntdan istifadə edə bilmir.
Xatırladaq ki, bir müddət əvvəl G.Kərimovanın ruhi xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilmişdi.
M.Rzasoy