XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2016 - 13:16

İŞİD-ə Türk ordusundan daha bir zərbə:Dabıq qəsəbəsi terrorçulardan təmizləndi

dabiq

Suriyanın Dabıq qəsəbəsi İŞİD terrorçularından azad edilib.

Strateq.az bildirir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı məlumat yayıb.

Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu Dabıq qəsəbəsi ilə bərabər Hələbin Soran qəsəbəsi də İŞİD terrorçularından azad olunub.

Qeyd edək ki, Dabık İŞİD-in Suriyada Rakka şəhərindən sonra ikinci əsas mərkəzi sayılan Əl-Bab şəhərinin azad edilməsi əməliyyatına başlanılması üçün böyük önəm daşıyır. İŞİD Dabıqa böyük önəm verib, hədislərə istinad edərək Dabıqda “qiyamət savaşı”nın yaşanacağına inanıb.