XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2016 - 10:49

İŞİD-in ən qorxunc strateji silahı:Mosul “Nuh tufanı” ilə üzləşə bilər

mosul

Mosul ciddi təhlükə altındadır.

Strateq.az xəbər verir ki, 1.5 milyon sakinin yaşadığı bu şəhər hər an su altında qala bilər.

Mosulun “Nuh tufanı”na səbəb olacaq təhlükə şəhərin kənarında yerləşən böyük su anbarıdır.

12 milyard kub metr su tutan anbarın çökməsi halında Mosulun 4 saat içində 21 metr suya qərq olacağı ehtimal edilir.

Üstəlik, bu su dalğasının Mosuldan sonra İraqın mərkəzinə qədər böyük əraziləri yuyub aparması istisna olunmur. Hətta Bağdadın böyük bir hissəsi də “Nuh tufanı”na qurban gedə bilər.

İŞİD-in ən qorxulu strateji silahı sayılan Mosul su anbarı 2014-cü ildə “xilafətçilərin” əlinə keçib. “Xilafət”-çilər ən kritik anda bu silahdan istifadə edəcəklərini gizlətmirlər.