XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2016 - 14:08

Ərdoğandan Mosul əməliyyatı ilə bağlı sərt açıqlama:"Biz məsuliyyət daşımırıq"

erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mosulda aparılan hərbi əməliyyatlar barədə açıqlama verib.

Strateq.az türk mətbuatına istinadən bildirir ki, Ərdoğan, “Türkiyənin olmadığı bir əməliyyatda baş verə biləcək nəticələrdən biz məsuliyyət daşımırıq. Biz əməliyyatda da, masa arxasında da olacağıq. Orada qardaşlarımız var, əqrabalarımız var. Bizim burada olanlara laqeyd qalmağımız qeyri-mümkündür. Burada bizim üçün bir tarix yatır. Cənablar əgər arzu edirlərsə, Misaqı-Millini oxusunlar, bəlkə daha yaxşı anlayarlar",- deyə qatıldığı Beynəlxalq İstanbul Hüquq Konfransında dilə gətirib.

Xatırladaq ki, bu yaxınlarda Türk Silahlı Qüvvələri İraqın Mosul şəhərini İŞİD terrorçularından azad etmək üçün hərbi əməliyyatlara başlayıb.