XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2016 - 18:38

1 hakim işdən çıxarıldı, 2-nə töhmət verildi, 1-i haqda araşdırma başladı –Nazir iclas keçirdi

mehkeme-huquq

Bu gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Strateq.az Şuraya istinadən xəbər evrir ki, iclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin müsbət beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi, məhkəmə sistemində mövcud vakansiyaların komplektləşdirilməsi üzrə tədbirləri müzakirəyə çıxarıb. Eyni zamanda, iclasda digər təşkilati məsələlərə baxılıb.

Bundan başqa, hakimlər barədə intizam icraatlarına baxılaraq, kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudova və Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılova töhmət verilməsi barədə qərarlar qəbul edilib.

Bundan başqa, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb.