XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

17 Oktyabr 2016 - 19:50

Qazaxıstanda FETÖ liseylərinin adları dəyişdirilir –Yeni ad

qazax-turk-liseyi

Qazaxıstanda fəaliyyət göstərən türk liseylərinin adları dəyişdiriləcək.

Strateq.az xəbər verir ki, bu barədə "KATEV" Fondu məlumat yayıb.

Fond rəhbərliyinin qərarı ilə Qazaxıstan Türk Liseyləri (QTL) bundan sonra "Bilim İnnovasiya Liseyi" adları daşıyacaq.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin Qazaxıstandakı səfiri Nevzat Uyanık rəsmi Astanaya Türkiyə hökumətinin ricasını çatdırmışdı. Səfir bildirmişdi ki, rəsmi Ankara yalnız Yasəvi adına Beynəlxalq Qazax-Türk Universitetini dəstəkləyir. Digər təhsil müəssisələrinin Türkiyə hökuməti ilə heç bir bağlılığı yoxdur.

Bundan əlavə, N.Nazarbayevin Türkiyəyə rəsmi səfəri zamanı prezident Ərdoğan ondan nurçu məktəblərinn bağlanılmasını xahiş etmişdi.