XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2016 - 19:45

Mosul əməliyyatına İranın əfsanəvi generalı başçılıq edəcək? –Qasım Süleymani ilə bağlı maraqlı xəbər yayıldı

suleymani

Mosulun İŞİD işğalından qurtarılması əməliyyatına İranın əfsanəvi generalı Qasım Süleymaninin rəhbərlik etməsi ehtimal olunur.

Strateq.az xəbər verir ki, bu ehtimalı yaradan İraq şiə könüllüləri batalyonlarının birləşdiyi Haşdi-Şabi diviziyasının adının çəkilməsini istəməyən yetkilisinin Livan mətbu orqanlarından birinə verdiyi açıqlamadır.

Livanın sol təmayüllü xəbər portalı olan “Əl-Əxbər”ə açıqlamasında Haşdi-Şabi komandirinin bildirdiyinə görə, İraq hökuməti İran İnqilab Keşikçiləri diviziyasının komandiri general Qasım Süleymaninin Mosul əməliyyatında iştirak etməsini istəyib.

Xəbərdə deyilir: "Haşdi Şabidən adının açıqlanmasını istəməyən bir komandir deyib: “Hazıra güclərimizi yerləşdiyimiz bölgələrdə beynəlxalq koalisiyadan heç kimsə yoxdur Əslində, həmin koalisiyanın əməliyyata qatılıb-qatılmaması da bizi maraqlandırmır. Bu, general Qasım Süleymaninin əməliyyatda iştirakını istəyən mərkəzi rəhbərliyin problemidir”".

Qeyd edək ki, ötən avqust ayında Qasım Süleymani böyük bir heyətlə İraqın Ninova qəsəbəsinə getmişdi. Sözügedən ziyarəti şərh edən Haşdi-Şabi sözçüsü Əhməd əl-Əsədi, Süleymaninin Mosul müharibəsi üçün hazırlıq işlərinə nəzarət məqsədiylə gəldiyini, gözlənilən döyüşə rəhbərlik edəcəyini söyləmişdi.

Daha sonra İraq ordusunun yüksəkrütbəli zabitləri və parlamentdəki sünni qruplar buna qarşı çıxmış, Süleymaniyə hərbi əməliyyatlarda rol verilməsindən vaz keçilmişdi.

Haşdi-Şabinin naməlum yetkilisinin ikibaşlı açıqlaması isə İran generalının gizli şəkildə olsa belə, əməliyyata nəzarət etməsi ehtimalına yol açır.