XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

17 Oktyabr 2016 - 22:04

ABŞ İraqda quru əməliyyatına başlayacaq? –Pentaqon sözçüsündən açıqlama

peter-cook-pentaqon

ABŞ Müdafiə Nazirliyi Mosulun İŞİD terrorçularından təmizlənməsi əməliyyatı ilə bağlı canlı yayımda  açıqlamalar verib.

Strateq.az xəbər verir ki, Pentaqonun sözçüsü Peter Cook jurnalistlərin Mosul əməliyyatı ilə bağlı suallarını cavablandırıb.

O, ABŞ ordusunun İŞİD-ə qarşı yerüstü əməliyyata qoşulub-qoşulmayacağı haqda da suala aydınlıq gətirib.

Peter Cook deyib ki, bu barədə indidən konkret rəy bildirmək çətindir:

"Biz hələlik İraq əsgərlərinə koalisyon gücləri ilə barabər havadan açıq dəstək veririk. Orda olan 500-dək əsgərimiz isə hələki açıq savaşa girməyib. Bizim əsgərlərimiz ancaq İraq ordusuna təsirli hücum etməkdə məsləhət verir, əməliyyat planının hazırlanmasında iştirak edir. Ancaq irəlliləyən günlərdə nə olacaq, bunu indidən söyləyə bilmərik. Bu, artıq qarşıdakı durumdan aslı olacaq".

Strateq.az